“Mən çox şadam ki, prezident Tramp Putinin onu aldatdığını başa düşüb”, - respublikaçı senator Con Kornin bildirib.
Rusiyaya qarşı ifrat barışmaz mövqe tutan digər respublikaçı senator Lindsi Qrem bildirib ki, Tramp “Putinin oynadığı oyunları dəqiq görüb” . Siyasətçinin iddiasına görə, Senat yaxın vaxtlarda Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar” haqqında onun təşəbbüsü ilə irəli sürülən qanun layihəsini qəbul edəcək.
Bundan əvvəl respublikaçı senator Donlad Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. Həmin qanun layihəsi Ukraynaya dəstək verməyən və Rusiyadan təbii sərvətlər alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsumun tətbiqini nəzərdə tutur.
“Washington Post” qəzeti yazıb ki, Lindsi Qremin təklif etdiyi qanun layihəsi qəbul olunacasğı halda, ABŞ bütün dünya ilə ticarət müharibəsinə başlayacaq.
Xatırladaq ki, iyulun 8-də Tramp Putinlə söhbətləri barədə kəskin bəyanat verərək, Rusiya prezidentindən “yaxşı səslənsə də, nəticədə heç bir məna kəsb etməyən” “çox səfeh” sözlər eşitdiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


